Portuqaliyanın "Benfika" klubunun yarımmüdafiəçisi Lorenso Melqarekonun "Rubin" (Kazan, RF) klubuna keçidi reallaşmaq ərəfəsindədir. Siasport.az saytının verdiyi xəbərə görə, bu barədə Portuqaliya mətbuatı məlumat verib. 23 yaşlı futbolçunun "Rubin"lə 4 illik müqavilə bağlayacağı gözlənilir. Bir müddət əvvəl Portuqaliya mətbuatı onun "Kuban" (Krasnodar, RF) klubuna keçidi barədə də məlumat yayıb.