Misirdə daha bir qanlı gecə yaşanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, ötən gecə ölkədə müxalif qruplar arasında yaşanan qarşıdurmalarda 6 nəfər ölüb, 190 nəfər yaralanıb. Qarşıdurmaların yaşandığı Zagazig və Port Səid şəhərlərindən başqa digər şəhərlərdə keçirilən nümayişlərdə ölən və yaralanalar olmayıb.
Qeyd edək ki, nümayişlərdə misirlilər 3 iyulda Rabiatül Ədəviyyə meydanında müxaliflərə qarşı tətbiq olunan hərbi zorakılığı pisləyib, məsul şəxslərin cəzalanmasını tələb ediblər.