115-ci kimyəvi element tapıldı

29 Avqust 2013 09:51 (UTC+04:00)

Lund universitetində (İsveç) çalışan fiziklərin rəhbərlik etdiyi Beynəlxalq alimlər qrupu tərəfindən aparılan tədqiqatlar nəticəsində atom nömrəsi 115 olan ən ağır kimyəvi elementin mövcudluğu barədə dəlillər əldə edilib. SİA-nın verdiyi xəbərə görə, nəticələr Almaniya alimləri tərəfindən yoxlanılıb və düzgünlüyü barədə müvafiq rəy verilib. Yeni elementə "Ununpentium" (latınca sıra nömrəsinin adıdır) adı verilib.

İxtira beynəlxalq komissiya tərəfindən təsdiq olunduqdan sonra elementə rəsmi ad veriləcək. Hazırda Mendeleyev dövri sistemində mövcud olan 114 elementdən 92-nə təbiətdə rast gəlinir, qalanları isə sabit deyil. 115-ci element də cəmisi bir neçə saniyə yaşaya bilir. Sonra yüngül atomlara parçalanır. Radioaktivdir. Ən ağır atom çəkisinə malik elementlər sırasına daxildir. Qrup rəhbəri, professor Dirk Rudolf aparılan tədqiqat işi və nəticələri barədə "The Phycical Review" jurnalında məqalə dərc olunacağını bildirib.