Rusiyalı milyarder Roman Abramoviç bundan sonra Rusiya futbolunun inkişafı ilə bağlı heç bir layihəni maliyyələşdirmək fikrində deyil. Siasportun verdiyi xəbərə görə, bu barədə Çukotkanın keçmiş qubernatorunun nəzarətində olan "Millhouse" şirkətinin nümayəndəsi C. Mann "Forbes" jurnalına müsahibəsində deyib. O bildirib ki, Abromoviçin maliyyələşdirdiyi "Milli Futbol Akademiyası Fondu" qarşıya qoyulan bütün tapşırıqları layiqincə yerinə yetirib. Yarandığı 2004-cü ildən ölkə ərazisində 140 futbol meydançası tikib istifadəyə verib, Y. Konoplev adına Milli futbol akademiyası binasını və ona aid tikililəri modernləşdirərək Samara vilayətinin müvafiq təşkilatlarına təhvil verib. Rusiya yığmasının keçmiş baş məşqçisinə (Qus Hiddink) 7 milyon dollar əmək haqqını da fond ödəyib.