Futbol üzrə Almaniya bundesliqasında baş məşqçi istefası baş verib. Siasportun verdiyi xəbərə görə, "Ştutqart" baş məşqçi ilə yollarını ayırıb. Bruno Labbadia ilə yolların ayrılması barədə klubun rəsmi saytı məlumat yayıb. Klubun idarə heyəti bu qərarı "Auqsburq"la oyundakı məğlubiyyətdən (1:2) sonra verib.
2010-cu ildən bu yana klubun uğurları üçün çalışan Labbadianı kimin əvəzləyəcəyi haqda məlumat verilmir.