"Sabah Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu və yağmursuz keçəcəyi gözlənilir". Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, paytaxtda havanın temperaturu gecə 20-24, gündüz 32-37 dərəcə isti olacaq.
İstirahət günü ölkənin əksər rayonlarda hava əsasən yağmursuz olacaq: "Lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək, arabir güclənəcək. Bölgələrdə havanın temperaturu aran rayonlarında gecə 20-25, gündüz 33-38, dağlarda gecə 10-15, gündüz 21-26 dərəcə isti olacaq".