Amerikanın məhşur müğənnisi Justin Bieber sevənlərinə sürpriz etməkdə davam edir. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, prodüsserlər ifaçının həyat hekayəsindən və konsertlərinin pərdə arxası görüntülərindən ibarət film çəkməyə hazırlaşırlar. Hər kəs tərəfindən böyük maraqla gözlənilən sözügedən filmi sənətçi, 2014-cü ildə yeni ilin gəlişi ilə sevənlərinə hədiyyə verəcəyi deyilib.
Qeyd edək ki, Justin Bieberin həyatından bəhs edən bu kinonun dekabr ayının sonunda yayımlanacağı gözlənilir.
Zaurə Əmirova