Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və orta ixtisas (tam orta təhsil) müəssisələrinə keçirilən müsabiqənin nəticələrini açıqlayıb. TQDK-nın mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, imtahan nəticələri TQDK-nın rəsmi saytında yerləşdirilib.
Qeyd edək ki, ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və orta ixtisas (tam orta təhsil) müəssisələrinə ixtisas seçimi bu gün saat 11:00-da başa çatıb.