TQDK bu gün sınaq imtahanları keçirir

17 Avqust 2013 08:51 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün rezidenturaya qəbul imtahanlarına hazırlaşan namizədlərə kömək məqsədilə sınaq imtahanları keçirir. Komissiyanın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, sınaq imtahanları bu gün baza fənləri üzrə, avqustun 18-də isə ixtisas fənlərindən olacaq.

İmtahanda iştirak etmək istəyən namizədlər üçün qeydiyyat internet vasitəsi ilə avqustun 7- dən 14-dək aparılmış və 680 nəfər qeydiyyatdan keçib. Sınaq imtahanları Bakı şəhərində keçiriləcək.

İmtahana gələrkən namizədlər şəxsiyyət vəsiqəsini və imtahana buraxılış vərəqəsini özləri ilə gətirməlidirlər:

·

Məlumatda bildirilib, imtahana mobil telefon, kalkulyator və digər köməkçi vasitələrin gətirilməsi qəti qadağandır!

Sınaq imtahanları namizədlərə biliklərini yoxlamaqda, ümumi hazırlıq səviyyələrini müəyyən etməkdə yardımçı olacaq. İmtahanlarda iştirak edən namizədlər özlərini real imtahan şəraitində hiss etməklə psixoloji cəhətdən uyğunlaşmaq və ayrılmış vaxtdan səmərəli istifadə etmək bacarıqlarını inkişaf etdirə bilərlər.