Batma təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas edilib

16 Avqust 2013 21:17 (UTC+04:00)

Batma təhlükəsi ilə üzləşmiş 2 nəfər xilas edilib. Bu barədə SİA məlumat verib.

Xəbərdə deyilir ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Sularda Xilasetmə Xidmətindən daxil olmuş məlumata əsasən, Sumqayıt şəhərində dənizdə ("Sumqayıt" sularda xilasetmə məntəqəsinin ərazisində) 2 nəfər batma təhlükəsi ilə üzləşib.

Vətəndaşlar dalğıc-xilasedicilər tərəfindən xilas olunub.