İran mütəxəssisləri yeni sualtı qayıq hazırlayıb

16 Avqust 2013 09:34 (UTC+04:00)

İranın Mehr agentliyi ölkə konstruktorları və mütəxəssislərinin layihəsi əsasında müasir tipli yeni sualtı qayığın hazırlandığı barədə məlumat verib. SİA-nın verdiyi xəbərə görə, ölkənin Hərbi Dəniz Qüvvələri komandanının müavini, kontr-admiral Qulam Rza Qadem-Biqam yaxın vaxtlarda qayığın hərbiçilərin istifadəsinə veriləcəyini bildirib. Su tutumu 600 ton təşkil edən qayıq 5 həftə ərzində 200 m dərinlikdə qalmaq imkanına malikdir. Qayığın digər parametrləri gizlin saxlanılır.