"Türkiyə Azərbaycan torpaqlarının işğalını dayandırmaq üçün mümkün olan və ondan asılı olan hər şeyi etməyə hazırdır". SİA-nın "Anadolu" agentliyinə istijdjdjdjrjjrnadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Xarici İşlər Nazirləri Şurasının Qiəbələdə keçirilən iclasında çıxışı zamanı deyib. Davudoğlunun sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsi Cənubi Qafqaz regionunda sabitlişmə yolunda əsas maneədir: "Dağlıq-Qarabağ münaqişəsinin nizamlanması barədə danışıqların 20 ildən artıq davam etməsinə baxmayaraq, heç bir nəticə əldə edilməyib. Bu çox üzücü faktdır".
O həmçinin qeyd edib ki, Türkiyə Yaxın Şərqdə sabitliyin təmin olunmasına öz töhfəsini verməyə hazırdır: "Dünyadakı siyasi proseslər baxımından Yaxın Şərq regionu xüsusi əhəmiyyət daşıyır. Ona görə də bu regionda sabitlik təmin olunmadan bütün dünyada tam əmin-amanlığa nail olmaq olmaz".
Davudoğlu bildirib ki, keçmiş prezident Məhəmməd Mursinin tərəfdarı olan nümayişçilərə qarşı tətbiq edilən zorakılıq yolverilməzdir və dünya birliyi Misirdəki qanlı hadisələrin qarşısını almaq üçün bütün mümkün vasitələrdən istifadə etməlidir.
Misir ordusu dünən səhərdən ölkənin devrilmiş prezidenti Məhəmməd Mursinin tərəfdarlarının etiraz nümayişlərini dağıtmağa başlayıb. Qeyri-rəsmi məlumata görə, Qahirənin Rabia Al-Adaviya meydanında keçirilən nümayişlərin dağıdılması zamanı indiyə qədər 1500-ə yaxın insan həyatını itirib, minlərlə insan isə yaralanıb. Rəsmi məlumatlarda isə qarşıdurma nəticəsində 421 nəfərin öldüyü, mindən artıq insanın isə yaralandığı bildirilir.