"İnstagram Azərbaycan" üzr istəyib

15 Avqust 2013 14:52 (UTC+04:00)

"İnstagram Azərbaycan" yanlış informasiyaya görə istifadəçilərindən üzr istəyib. SİA-nın "İnstagram Azərbaycan"ın rəsmi facebook səhifəsinə istinadən xəbər verir ki, səhifə məlumatın yalnış olduğunu və bu şəkillərin manatın 2014 dizaynı olmadığını bildirib: "Əziz dostlar bir qədər əvvəl yerləşdirdiyimiz manat əskinasları sadə bir dizaynerin əl işidir. Heç də yeni 2014 dizaynı deyil. Dezinformasiyaya görə üzr istəyirik".