“ASAN xidmət” mərkəzlərində qanvermə aksiyası keçiriləcək

14 Avqust 2013 16:04 (UTC+04:00)

14-15 avqust 2013-cü il tarixində "ASAN xidmət" mərkəzlərində qanvermə aksiyası keçirilir. Mərkəzdən SİA-ya verilən məlumata görə, aksiya talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqlara dəstək olmaq məqsədi ilə təşkil edilir. Qanvermə aksiyası Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Qan Bankının birgə təşkilatçılığı ilə həyata keçirilir.

Qeyd edək ki, 2 günlük aksiyalar zamanı toplanacaq qan talassemiya və hemofiliya xəstəliyindən əziyyət çəkən uşaqların müalicəsinə sərf edilməsi məqsədi ilə tam pulsuz şəkildə Qan Bankına təqdim ediləcək.

Vətəndaşları bu aksiyaya qoşulmağa səsləyirik!