“Meqastar” həmkarına dəstək verir

14 Avqust 2013 11:34 (UTC+04:00)

Türkiyənin "Megastar"-ı Tarkanın Ebru Gündeşə dəstəyi davam edir. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, xanım ifaçı Tarkanın "İkimizin yerinə" adlı mahnısını ifa edərək albomuna əlavə edib. Ebru yeni albomu üçün, növbəti dəfə "Megastar"a müraciət edəcək.

Qeyd edək ki, Ebru Gündeş yeni albomunu sentyabr ayında çıxarmağı planlaşdırır.

Zaurə Əmirova