Azərbaycanlı hakim play-off-da

13 Avqust 2013 16:13 (UTC+04:00)

Orxan Hüseynzadə beynəlxalq oyuna təyinat alıb. Siasportun verdiyi xəbərə görə, UEFA Avropa Liqasının play-off mərhələsinin ilk oyunları çərçivəsində avqustun 22-də, Krasnodar şəhərindəki "Kuban" stadionunda keçiriləcək "Kuban" (Krasnodar, Rusiya) - "Feyenord" (Hollandiya) qarşılaşmasının UEFA nümayəndəsi Orxan Hüseynzadə olacaq.