Droqba "Fənərbaxça"nın gənc qolkiperini alqışladı!

13 Avqust 2013 13:10 (UTC+04:00)

Keçən həftə "Qalatasaray" və "Fənərəbaxça"nın futbol üzrə Türkiyə Superkuboku qarşılaşmasında göstərdikləri oyun hələ də ciddi müzakirə olunmaqdadır. Siasport.az saytı xəbər verir ki, Avropa mətbuatı neçə gündür ki, bu qarşılaşma barədə geniş yazılar dərc edir. Lakin Superkubok qarşılaşmasında və ondan sonrakı müddətdə əsas diqqətlər "Fənərbaxça"nın gənc qolkiperi Mert Günoka yönəlib. Belə ki, Superkubok qarşılaşmasında göstərdiyi əzmkar oyunla hər kəsin alqışını qazanan gənc qolkiper, artıq Volkan Dəmirəlin yoxluğunu da unutdurmağa başlayıb. Qarşılaşmadan sonra həttda "Qalatasaray"ın ulduz futbolçusu Didye Drqoba da gənc qolkiperlə söhbət edərək, onu göstərdiyi əzmkarlığa görə təbrik edib.