İran və Rusiya arasında yaxın vaxtlarda İranda yeni Atom Elektrik Stansiyasının tikintisi barədə müqavilə imzalanacaq. SİA – nın verdiyi xəbərə görə, bu barədə İranın xarici işlər naziri Əli Əkbər Salehi keçirdiyi mətbuat konfransında açıqlama verib. XİN başçısı İranın nüvə proqramından yalnız ölkənin elektrik enerjisinə olan tələbatını ödəmək və tibbi məqsədlər üçün istifadə olunacağını bildirib.
İranın yeni seçilmiş prezidenti Ruhani də İran hökumətinin nüvə proqramını inkişaf etdirəcəyini, qonşu ölkələrlə enegetika sisteminin təkmilləşdirilməsi və yeni AES –in tikintisi ilə bağlı danışıqların davam etdiriləcəyini qeyd edib.