Məşhur Sovet boksçusu Aleksandr Yaqubkin avqustun 7 - də 53 yaşında vəfat edib. Bu barədə Siasport xəbər verir. Boksçunun ölümünün səbəbləri açıqlanmır.
A. Yaqubkin 1961 – ci ildə Donetsk şəhərində anadan olub. O, 1982 – ci ildə Münhendə keçirilən dünya çempionatının qızıl medalını qazanıb. SSRİ – nin əməkdar idman ustası fəxri adına layiq görülən boksçu SSRİ və Avropa çempionu, həmçinin dünya kubokunun qalibi olub.