“Fənərbaxça”da Meyreleş şoku

7 Avqust 2013 16:44 (UTC+04:00)

"Fənərbaxça"nın İstanbulda "Salzburq"la oynadığı cavab qarşılaşmasında Raul Meyreleş zədələnərək oyundan çıxıb. Siasportun verdiyi xəbərə görə, futbolçunun hansı müddətə sıradan çıxdığı hələlik məlum deyil. Portuqaliyalı ulduzun yerinə oyuna Alper Potuk daxil olub.

Xatırladaq ki, Meyreleş oyunun 8 – ci dəqiqəsində bir qol vurub.