Ötən gecə Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 8-ci km-də qəza baş verib. SİA-nın Aran bürosunun verdiyi məlumata görə, qəza Kür çayının üzərindən keçən körpüdən Şirvan şəhər sakini 1957-ci il təvəllüdlü Dəmirov Tahir Teymur oğlunun idarə etdiyi "Volqa" markalı 24 BE 180 nömrə nişanlı maşının idarəetməni itirməsi səbəbindən baş verib. Nəticədə sürücü və avtomobildə olan sərnişin 1982-ci il təvəllüdlü Həsənov Asif Qabil oğlu ağır dərəcəli bədən xəsarətləri alaraq Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Qeyd edək ki, faktla bağlı BDYP idarəsində cinayət işi başlanılıb araşdırma aparılır.
.jpg)
İqbal Mikayılov