“AtaBank”ın 20 000-ci "Facebook" fanı hədiyyə qazanıb

7 Avqust 2013 13:33 (UTC+04:00)

Azərbaycanda ən populyar sosial şəbəkə olan "Facebook" da "AtaBank"ın rəsmi səhifəsi fəaliyyət göstərir. Burada "AtaBank" ın tətbiq etdiyi yeniliklər, tarif və kampaniyalar, keçirilən sosial layihələr və xidmətlər haqqında ən son xəbərləri almaq mümkündür. "Facebook" səhifəsi fanlarının ən çox marağına səbəb olan aksiyalar isə burada keçirilən müsabiqələrdir. Qaliblərə bahalı hədiyyələr qazandıran bu cür aksiyalar iştirakçılar tərəfindən həyəcanla izlənir. Bu yaxınlarda "AtaBank" ın "Facebook" səhifəsində fanlar üçün yeni "Diqqətli olacaqsan, Mükafat Alacaqsan"kampaniya keçirilib.

"Ata Holding"dən SİA-ya verilən məlumata görə, bu gün "AtaBank" ın baş ofisində "Facebook" səhifəsinin 20 000-ci fanı Talıbova Məryəmədəyərli hədiyyələr və hesabında 100 manat olan plastik kart hədiyyə təqdim olunub. Elə bundan əvvəl də aktivliyi ilə fərqlənən, müxtəlif təşəbbüslərlə çıxış edən fanlar "AtaBank" tərəfindən dəyərləndiriliblər. Məsələn, "Facebook" səhifəsində "Diqqətli olacaqsan, Mükafat Alacaqsan" kampaniya çərçivəsində Şahin Səmədli, Mehriban Əlizadə, Anar Orucov və Aygün Əliyeva "AtaBank" dan hesablarında 50 manat olan plastik kartlarla mükafatlandırılıblar.

"AtaBank" sosial şəbəkələrdə fəaliyyətini yalnız "Facebook" la məhdudlaşdırmır. Müştərilər "Twitter", "Youtube", "Linkedin", "Google+" və digər populyar sosial şəbəkələrdə bankın rəsmi səhifələrini görə bilərlər.

Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam spektr xidmətlər təqdim edir.

Qeyd edək ki, "AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər internet səhifəmizi ziyarət edə bilərlər - www.atabank.com/