“Bavariya” klubu yay transferi kampaniyasını başa çatdırdı

7 Avqust 2013 13:34 (UTC+04:00)

"Bavariya" klubunun icraçı direktoru Karl Haynts Rummeniqqe Münhen klubunun bundan sonra heç bir futbolçunu komandasının tərkibinə dəvət etmək fikrində olmadığını bildirib. Bu barədə Siasport İnterfaks agentliyinə istinadən xəbər verir. "Bild" qəzetinə müsahibə verən Rummeniqqe: "Tiaqu və Hetseni transfer etməklə komandamızı bizim görmək istədiyimiz səviyyəyə çatdıra bilmişik və hələlik digrə oyunçuların klubun tərkibinə qatılmasına ehtiyac duymuruq", - deyib.