Türkiyə futbolçuları dopinqdən istifadə edir? TƏSTİQ

6 Avqust 2013 14:18 (UTC+04:00)

Beynəlxalq Futbol Assosiasiyaları Federasiyası (FİFA) Türkiyə çempionatında çıxış edən futbolçulardan götürülmüş qan analizlərinin heç birində dopinqdən istifadə olunması hallarının müəyyən edilmədiyini bildirib. Bu barədə Siasport.az portalı İtar – Tass agentliyinə istinadən xəbər verir. FİFA rəsmiləri bildirib ki, türkiyəli atlet və güləşçilərin həm ölkə, həm də beynəlxalq səviyyəli turnirlərdə qəbulu qadağan edilmiş dərman preparatlarından istifadə olunması hallarının tez tez aşkar olunması onları bu cür məcburiyyət qarşısında qoyub.

Qeyd edək ki, 600 nəfər futbolçudan götürülən qan nümunələri Türkiyə laboratoriyalarında, 50 nümunə isə Kölndə yoxlamadan keçirilib və Türkiyə futbolçularının dopinqdən istifadəsi hallarına rast gəlinməyib.