2013-cü ilin əvvəlinə əhalinin hər 100 nəfərindən 70-i internet istifadəçisi olub. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən SİA-ya verilən xəbərə görə, istifadəçilərin 40.9 faizi yaşadığı evdə (mənzildə), 7,7 faizi internet-klublarda, 21,7 faizi iş yerində, 9,5 faizi təhsil müəssisəsində, 0,6 faizi kitabxanada, 19,6 faizi isə digər yerlərdə internet şəbəkəsinə qoşulub.
Orta hesabla hər gün internetdən istifadə edənlərin internet istifadəçilərinin ümumi sayında xüsusi çəkisi 76,2 faizdir.
İnternet istifadəçilərinin 41,2 faizi 24 yaşadək olan gənclərdir. Yaşı 64-dən yuxarı olan istifadəçilərin xüsusi çəkisi 0,1 faiz təşkil edir.
İstifadəçilərin 27,8 faizi ali təhsillidir. İnternetdən informasiya axtarmaq və əlaqə yaratmaq məqsədilə istifadə edənlər daha çox olub, hakimiyyət orqanları ilə əlaqə yaradanlar əvvəlki illə müqayisədə artıb.