Belçikalı Terri Nevil Finlandiyada keçirilən klassik ralli (WRS) yarışlarının ilk günündə liderliyi ələ keçirib. Siasportun R-Sport agentliyinə istinadən verdiyi xəbərə görə, Nevil (Ford) 25 dəqiqə 33,3 saniyə nəticə göstərərək fransız Sebastyena Ojyeni (Folkswagen) 5,2 saniyə qabaqlaya bilib. 3-cü yeri isə norveçli Mads Otsberq (Ford) tutub.
Rusiyalı pilot E.Novikov liderdən 20,9 saniyə geri qalaraq 7-ci nəticə göstərə bilib.
Qeyd edək ki, "Finlandiya rallisi" yarışları avqustun 3-də başa çatacaq.