"Sovet İttifaqının son dönəmini yaşayanda onu qatara bənzədirdilər. Brejnev də qatarın maşinistinə deyirdi ki, sən siqnal ver ki, sərnişinlər elə bilsinlər biz gedirik. "Milli Şura"nın da Tiflis toplantısı məhz buna bənzəyir". Bu fikirləri SİA-ya Vəhdət Partiyasının sədri Tahir Kərimli deyib.
Onun sözlərinə görə, "Milli Şura" seçki prosesinə qeyri-ciddi yanaşır: "Milli Şura" üzvləri özünü aldatmaqdan başqa biri işlə məşğul deyillər. Onlar bir araya gəlməyə çalışmaqla görüntü yaradırlar. Milli Şuranın hər bir üzvü özünü general sayır. Amma əsgəri olmayan bu generallar başa düşə bilmirlər ki, xalq onları dəstəkləmir. Rüstəm İbrahimbəyov haqqında cinayət işi açılmadığı təqdirdə Azərbaycana gəlməməsi onu göstərir ki, ona ümid, inam göstərən insanların ümidini qırıb".