Raul Mereleş "Fənərbaxça"nı çətin duruma saldı

1 Avqust 2013 14:04 (UTC+04:00)

Dünən UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Zalsburq"la keçirlən qarşılaşmada ciddi bel ağrıları ucbatından oyununun son dəqiqələrində meydanı tərk etmək məcburiyyətində qalan portuqaliyalı Raul Mereleş, cavab qarşılaşmasında da komandasına kömək edə bilməyəcək. Siasport.az saytı Türkiyənin "Fanatik.com.tr" idman saytına istinadən xəbər verir ki, İstanbul klubunun həkimləri tərəfindən futbolçunun səhhəti ilə bağlı aparılan müayinədən sonra məlum olub ki, ciddi bel ağrıları portuqaliyalı ulduz futbolçunun "Zalsburq"la cavab oyununda meydana çıxmasına imkan vermir. Baş məşqçi Ersun Yanal isə, onun mövqeyində meydana buraxacağı futbolçunu yaxın bir neçə gün ərzində müəyyənləşdirəcək.