"Barselona"nın 21 yaşlı futbolçusu Braziliyanın "Santos" klubu ilə görüşdə iştirak edə bilməyəcək. Siasportun R-Sport agentliyinə istinadən verdiyi xəbərə görə, səbəb iyulun 30-da Polşanın Lex komandası ilə keçirilən görüşdə onun ciddi zədə almasıdır. Həkimlər Teylonun qoltuqaltı nahiyyəsində əzələ toxumalarının dartılması faktını müəyyən edib.
Qeyd edək ki, Teylo "Barsa"da 2012-2013 sezonunda 22 oyunda iştirak edib və rəqib qapılarına 7 dəfə yol tapıb.