IV ixtisas qrupu üzrə qəbul imtahanının nəticələrinə əsasən, müsabiqəyə buraxılmaq üçün tələb olunan minimal balı aşağı salınıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından SİA-ya verilən xəbərə görə, müsabiqəyə buraxılmaq üçün tələb olunan minimal keçid balı əvvəlcədən nəzərdə tutulan 250 baldan 150 bala endirilib. Ümumi balı 150 - dən, hər hansı bir imtahan fənni istisna olmaqla qalan dörd imtahan fənninin hər biri üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Dövlət sifarişli ixtisasların müsabiqəsində ümuni balı 350-dən, hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi balı 10-dan az olmayan abituriyentlər iştirak edə bilərlər.
Ümumi balı 300 və daha çox olan abituriyentlərin ixtisas seçiminə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur.