Fransanın gənclərdən ibarət yığması finala çıxıb

30 İyul 2013 11:55 (UTC+04:00)

Fransanın futbol üzrə gənclərdən ibarət yığma komandası (19 yaşadək) yarımfinalda İspaniya yığması üzərində 2:1 hesabı ilə qələbə qazanıb. Oyunun əsas hissəsi 1:1 hesabı ilə başa çatsa da fransalılar əlavə təyin olunmuş vaxtda fərqlənə biliblər.

Fransa yığması finalda protuqaliyalılarla görüşdə qalib ayrılmış Serbiya yığması ilə qarşılaşacaq. Qeyd edək ki, Litvada öz işinə başlayan Avropa çemiponatı avqustun birində başa çatacaq.