Elxan Məmmədov: "Berti Foqts müqaviləsinin sonuna qədər işləməlidir"

30 İyul 2013 12:22 (UTC+04:00)

AFFA-nın baş katibi Elxan Məmmədov Almaniyanın DPA agentliyinə açıqlamasında maraqlı fikirlər səsələndirib. Siasport.az saytı xəbər verir ki, AFFA-nın baş katibi millimizin baş məşqçisi Berti Foqtsun taleyi barədə də danışıb: "Mən azarkeşlərin Berti Foqtsu istefaya çağırışlarını eşitməmişəm. Almaniyalı baş məşqçi millidə müqaviləsinin sonunadək işləməlidi". Assosiasiya rəsmisi hələ iyulun 22-də, Milli Mətbuat Günü ilə münasibətilə jurnalistlərlə keçirilən görüşdə 2008-ci ilin aprelindən millimizin baş məşqçisi olan Berti Foqtsa alternativ namizədlərin siyahısını hazırlayacaqlarını bildirmişdi. Məmmədov bu dəfə vurğulayıb ki, 67 yaşlı almaniyalı çalışdırıcı çox güman cari seçmə mərhələnin sonunda vəzifəsindən gedəcək: "Biz eyni zamanda ona aktiv şəkildə əvəzləyici axtarırıq. Artıq namizədlər siyahısı var. AFFA-nın İcraiyyə Komitəsi bundan layiqli seçim edəcək".