Prezident seçkilərinin dəqiq vaxtı avqustun 2-də müəyyən olunacaq

29 İyul 2013 12:09 (UTC+04:00)

"Azərbaycanda oktyabrda keçiriləcək prezident seçkilərinin dəqiq vaxtı avqustun 2-də müəyyənləşəcək". SİA-nın məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib. Onun sözlərinə görə, avqust ayının 2-də MSK-nın keçiriləcək iclasında bu məlum olacaq. Belə ki, Mərkəzi Seçki Komissiyasının iclasında prezident seçkilərinin oktyabrda hansı gündə keçirilməsi barədə qərar veriləcək.