Qaradağ rayonunda YANĞIN

29 İyul 2013 10:59 (UTC+04:00)

Bakının Qaradağ rayonunda yanğın hadisəsi qeydə alınıb. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, birmərtəbəli istifadəyə yararsız, əvvəllər klub kimi istifadə olunmuş binanın yanar konstruksiyaları yanıb. Binanın qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub. Yanğın saat 04:08-da yanğınsöndürənlər tərəfindən söndürülüb.