Qəbul imtahanının cavabları açıqlandı

29 İyul 2013 10:24 (UTC+04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 28-də keçirilən IV ixtisas qrupu üzrə qəbul imtahanında istifadə olunmuş test tapşırıqlarının variantlar üzrə düzgün cavablarını açıqlayıb. TQDK-dan SİA-ya verilən xəbərə görə, bölmələr və variantlar üzrə düzgün cavablar qurumun rəsmi internet səhifəsində yerləşdirilib.

Azərbaycan və rus bölməsi üzrə imtahan verən abituriyentlər Komissiyanın saytında variantlar üzrə düzgün cavablara baxa bilərlər.