Misirdə 80 nəfər ölüb

29 İyul 2013 07:32 (UTC+04:00)

Misirin Səhiyyə Nazirliyi rəsmi məlumatında bildirib ki, Qahirədə Mursinin tərəfdarları ilə polis arasında baş vermiş qarşıdurmada 80 nəfər ölüb.

SİA-nın verdiyi məlumatda deyilir ki, Misir Səhiyyə Nazirliyinin fövqəladə vəziyyətlər üzrə şöbənin müdiri Xaled əl-Xatibin sözlərinə görə, qarşıdurmalarda 792 nəfər müxtəlif dərəcəli xəsarətlər alıblar.