Bu gün qısamüddətli yağış yağacaq

29 İyul 2013 01:37 (UTC+04:00)

Bu gün qısamüddətli yağış yağacaq. Bu barədə SİA məlumat verib.

Xəbərdə deyilir ki, Bakıda və Abşeron yarımadasında gecə və səhər yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturunun gecə 19-23°, gündüz 25-30° isti olacağı gözlənilir.

Bakıda gecə 20-22° isti, gündüz 26-28° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı - 754 millimetr civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 65-75 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu: Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zağulba, Buzovna, Mərdəkan, Şüvəlanda 24-25°, Türkan, Hövsan, Şıx, Sahildə 25-26° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 16-21°, gündüz 27-32° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında Şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 9-14°, gündüz 16-21° isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında Şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 17-22°, gündüz 25-30° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında Arabir yağış yağacağı gözlənilir. Havanın temperaturunun gecə 12-17°, gündüz 20-25° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 19-24°, gündüz 27-32° isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında arabir yağış yağacağı gözlənilir. Temperaturun gecə 19-23°, gündüz 26-31° , dağlarda gecə 11-16°, gündüz 20-25° isti olacağı gözlənilir.