İmtahan nəticələri nazirlikdə həyəcan yaradıb

27 İyul 2013 12:57 (UTC+04:00)

Ali məktəblərə keçirilən qəbul imtahanlarında abituriyentlərin aşağı nəticə göstərməsi ilə bağlı məsələyə aydınlıq gətirilib. SİA nazirliyin rəsmi Faceboook səhifəsinə istinadən xəbər verir ki, vətəndaşların suallarına cavab olaraq nazirlik qəbul imtahanlarındakı sualların çətin olub-olmadığını indidən söyləməyin düzgün olmadığını bildirib: "Ancaq abituriyentlərin aşağı bal yığması daha narahatlıq doğuran haldır və bunun səbəbləri araşdırılıb təhlil olunmalıdır".

Şagirdlərin yerdəyişməsi ilə bağlı sualı da cavablandıran təhsil strukturu qeyd edib ki, bu proses nazirlik tərəfindən təsdiq olunmuş qaydalarla tənzimlənir. Həmin qaydalara görə, yerli məktəblərdə oxuyan I-XI sinif şagirdlərinin məcburi köçkün məktəblərinə yerdəyişməsi, bəzi istisnalar nəzərə alınmaqla qadağandır. Yerdəyişmə ilə əlaqədar əksər müraciətlər Təhsil Nazirliyinə ünvanlanır və burada baxılıb cavablandırılır. Məcburi köçkün məktəbinin direktoru yerli məktəbdə oxuyan uşağı müstəqil olaraq qəbul edə bilməz. Belə hallar aşkar edildikdə intizam tənbehi tətbiq olunur.