Ən gəlirli smartfon istehsalçısı hansı şirkətdir?

27 İyul 2013 09:59 (UTC+04:00)

"Apple" korporasiyasının hesabatına əsasən, cari ilin üçüncü rübündə 31,2 milyon "iPhone" smartfon modeli satılıb, bütün xidmət və malların satılmasından əldə edilən mənfəət isə 6,9 milyard dollar təşkil edib. SİA-nın məlumatına görə, ABŞ istehsalçısının əsas rəqibi "Samsung" şirkəti qeyd edilən dövr ərzində 71 milyon smartfon sataraq 8,33 milyard dollarlıq mənfəət qazanıb.

Qeyd etmək lazımdır ki, bu, proqnoz göstəricisidir, çünki "Samsung" rəsmi hesabatı hələ dərc etməyib. Bundan başqa, "Apple"ın Koreya istehsalçısından fərqli olaraq daha az smartfon çeşidi təqdim etməsini nəzərə almaq lazımdır.