"Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gecə və səhər arabir güclənəcək". SİA-ya açıqlamsında Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev belə deyib. Onun sözlərinə görə, iyulun 26-da paytaxtda havanın temperaturu gecə 19-24 dərəcə, gündüz 27-32 dərəcə isti olacaq.
Baş hidroloq bildirib ki, ölkənin rayonlarına gecə və axşam şimşək çaxacağı, yağış yağacağı ehtimalı var: "Ayrı-ayrı yerlərdə arabir güclənən qərb küləyi əsəcək. Temperatur Aran rayonlarında gecə 19-24 dərəcə, gündüz 30-34, dağlarda gecə 11-16 dərəcə, gündüz 18-23 dərəcə isti olacaq".
Qeyd edək ki, yaxın 2 gündə Abşeron yarımadasında xəzri küləyinin üstünlüyü, eyni zamanda nisbətən sərin hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.