Prezident İlham Əliyev İmranın müalicəsini öz nəzarətinə götürdü

24 İyul 2013 13:14 (UTC+04:00)

Nabranda istirahət mərkəzində faciə nəticəsində 2 ayağını itirən İmran Cəfərzadənin bundan sonrakı müalicəsi dövlət hesabına həyata keçiriləcək. SİA-nın məlumatına görə, artıq bu məsələ Prezident İlham Əliyevin nəzarətinə götürülüb​​.

Prezidentin şəxsi göstərişi ilə hadisə nəticəsində zərər çəkən uşağın müalicəsi üçün bütün zəruri tədbirləri həyata keçirmək üçün Prezident Administrasiyasının nümayəndəsi və səhiyyə nazirinin müavini Abbas Vəlibəyov xəstəxanaya yollanıblar.