Şou-biznes nümayəndələri jurnalistləri təbrik etdi SORĞU

22 İyul 2013 15:59 (UTC+04:00)

Bu gün 22 iyul Milli Mətbuat və Jurnalistika Günü kimi qeyd olunur. Bu münasibətlə şou-biznes nümayəndələri də media işçilərini təbrik edib. Onların təbriklərini SİA oxucularına təqdim edirik:

Xalq artisti Brilliant Dadaşova: "Bu gün Milli Mətbuat Günüdür. Bizim çox savadlı, vicdanlı, jurnalistlərimiz var. Onlar uzun illərdir ki, tamaşaçılarla aramızda körpü yaradıb, ünsiyyət qurmağımıza səbəb olublar. Onlara sonsuz təşəkkürümü bildirirəm. Müstəqil Azərbaycanımızda neçə belə gözəl bayramlar qeyd etmələrini arzu edirəm".

Teleaparıcı İlkin Həsəni: "Jurnalist dostlarım, bayramınız mübarək".

Teleaparıcı Anar Nəcəfli: "Bütün həmkarlarımı Mətbuat günü münasibətilə təbrik edirəm. Xüsusən də bu gün mənzillə təmin olunan jurnalistlərə uğurlar arzu edirəm. Xeyirli olsun".

Teleaparıcı Cavid Gül: "Həsən bəy Zərdabi 138 il öncə jurnalistikanın bünövrəsini qoyub. Bizdə tikintini davam etdirirk. Zəlzələlər olsa da, sağlam bönövrəsi olduğu üçün qorxusu yoxdur. Əziz həmkarlar, bayramınız mübarək".

Teleaparıcı Azər Süleymanov: "Bütün mətbuat işçilərini təbrik edirəm. Milli günümüz mübarək".

Müğənni Ramal Əsədzadə: "Bütün media işçilərini Milli Mətbuat Günü münasibəti ilə təbrik edirəm. İşlərində uğurlar arzu edirəm".

Müğənni Kərim Abbasov: "Əziz jurnalist dostlarım, sizləri təbrik edirəm. Var olun, yaşayın və yaradın".

Aktyor Anar Heybətov: "Bütün jurnalist dostlarımı təbrik edirəm".

Prodüsser Ceyhun Məhərrəmov: "Əziz jurnalistlər, bayramınız mübarək".

Prodüsser və təşkilatçı Cavid Rəbbani: "Bütün jurnalistləri təbrik edirəm".