Bu gün hava yağmursuz keçəcək

16 İyul 2013 00:20 (UTC+04:00)

Bu gün hava yağmursuz keçəcək. Bu barədə SİA məlumat verib.

Xəbərdə deyilir ki, Bakıda və Abşeron yarımadasında havanın yağmursuz keçəcəyi gözlənilir.

Temperatur gecə 20-25°, gündüz 33-38° isti olacaq.

Bakıda gecə 23-25°, gündüz 36-38° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 754 millimetr civə sütunu, nisbi rütubət gecə 65-70 faiz, gündüz 35-45 faiz təşkil edəcək.

Abşeron çimərliklərində dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəhdə, Zaqulba, Buzovna, mərdəkan, Şüvəlanda 26-27°, Türkan, Hövsan, Şıx, Sahildə 27-28° isti olacaq.

Naxçıvan Muxtar Respublikasında hava yağmursuz keçəcək.

Temperaturun gecə 19-24°, gündüz 33-38°, bəzi yerlərdə 40°-dək isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperaturun gecə 13-18°, gündüz 23-28° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli-Cəbrayıl rayonlarında

hava əsasən yağmursuz keçəcəkdir. Lakin gecə və səhər bəzi yerlərdə şimşək çaxacağı ehtimalı var.

Temperaturun gecə 19-24°, gündüz 33-38° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam və gecə bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var.

Temperatur gecə 17-22°, gündüz 30-35° isti olacaq.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava yağmursuz keçəcək.

Temperatur gecə 19-24°, gündüz 33-38°, bəzi yerlərdə 40°-dək isti olacaq.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında hava yağmursuz keçəcək.

Temperaturun gecə 19-24° isti, gündüz 32-37° isti, dağlarda gecə 13-18° isti, gündüz 25-30° isti olacağı gözlənilir.

QEYD: İyulun 18-i axşamadək Abşeron yarımadasında durğun və anomal isti hava şəraiti meteohəssas insanlar üçün əlverişsizdir.