Bakıda kran yanıb

15 İyul 2013 09:24 (UTC+04:00)

Bakı şəhəri, Qaradağ rayonunda qaldırıcı kranın kabinə hissəsi yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, kranın qalan hissələri yanğından mühafizə olunub. Yanğın saat 21:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.