Lənkəran teatrında “Əcnəbi kürəkən”in premyerası olub FOTOLAR

13 İyul 2013 14:43 (UTC+04:00)

İyulun 12-də Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında dramaturq Maarif Məmmədovun "Əcnəbi kürəkən" komediyası əsasında hazırlanmış yeni tamaşanın premyerası olub. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, Əməkdar artist Adil Zeynalovun quruluş verdiyi bu səhnə əsərində hadisələr bizim günlərdə ucqar dağ kəndlərinin birində cərəyan edir. Amerika vətəndaşı Ulyam Keytin turist qismində kəndə gəlişi sanki buradakı sakitliyi pozur. Hamı əcnəbinin kəndə gəlişinin əsas məqsədini istədiyi kimi yozur. Amma əslində Keytin əsas məqsədi Azərbaycan əsilli atasını tapmaqdır.

Maraqla baxılan tamaşanın quruluşçu rəssamı Tələt Sadıqov, musiqi tərtibatçısı Fərahim Fərəcovdur. Baş rolu – Ulyam Keyt obrazını gənc aktyor Emin Fərzullayev ifa edir. Digər rollarıda əməkdar artist Sucəddin Mirzəyev, aparıcı aktyorlat Eynəli Nurullayev, Əlibala Əsgərov, Qızılgül Quliyeva, Miraslan Ağayev, Niftulla Əsgərov, Təranə Əzizova və başqaları çıxış edirlər.

Qeyd edək ki, bu, M.Məmmədovun Lənkəran teatrında səhnəyə qoyulan sayca ikinci əsəridir.

Sərraf Mirsəfəroğlu