İngilis texnologiya şirkəti Cornflake gələcəyin evini inşa edib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, layihə çərçivəsində Londondakı bir köhnə tikilinin yalnız çöl divarları qalmaq şərti ilə, içi tamamilə yenidən qurulub. Sözügedən evin hər bir tərəfinə müasir texnologiya qurğuları yerləşdirilib. İnsanı əvəz edəcək bu yeni qurğular ev sahibinin rahatlığını təmin edərək, onun görəcəyi işləri özü icra edəcək.
Belə ki, evin divarlarına vurulacaq divar kağızını iri planşetlər əvəz edəcək, işıqlandırma televizorun səs tempinə uğun olaraq dəyişəcək. Adi sadə taxta masa ekranlı masa ilə əvəz olunacaq. Mətbəxdə quraşdırılan avadanlıqlar yeməyin hazır olmasını, evdə ərzaqların bitməsini, hətta içiləcək və yeyiləcək yeməklərin istiliyi, tərkibi barədə ev sahibini məlumatlandıracaq, onların bişirilməsini təmin edəcək.
Qeyd edək ki, Londonda yerləşən bu evin inşa edilməsinə 750 min funt-sterlinq xərclənib.