Erməni silahlı qüvvələri atəşkəs rejimini pozub

12 İyul 2013 09:26 (UTC+04:00)

Erməni silahlı bölmələri dünən və bu gecə Ağdam rayonunun Mərzili, Füzuli rayonunun Qaraxanbəyli, Horadiz, Aşağı Əbdülrəhmanlı, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və Göygöl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.