Ramazanın ilk günündə dəhşətli partlayış

9 İyul 2013 14:25 (UTC+04:00)

Livanın paytaxtı Beyrutda Hizbullahın tabeliyindəki ticarət mərkəzinə bombalı hücum təşkil edilib. SİA-nın məlumatına görə, Ramazan ayının ilk günü olduğundan sıxlıq yaşanan ticarət mərkəzində 24 nəfərin öldüyü, 33 nəfərin yaralandığı bildirilib.

Partlayış bomba yüklü maşının ticarət mərkəzinə daxil olması nəticəsində baş verib. Maşın binaya daxil olduqdan 2 dəqiqə sonra partlayıb.

Qeyd edək ki, hadisə ilə bağlı məsuliyyəti hələ ki, heç bir qruplaşma öz üzərinə götürməyib.