Bu gün Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Beynəxalq Hərbi İdman Şurasının prezidenti və Kamerun prezidentinin müdafiə məsələləri üzrə müşaviri polkovnik Hamad Kalkaba Malboumu qəbul edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüşdə Bakıda keçirilən hərbçilər arasında birinci Dünya Futbol kubokunun gedişatı barədə söhbət aparılıb. Qonaq yarışın yüksək səviyyədə təşkilində göstərdiyi köməyə görə Müdafiə Nazirliyinin rəhbərliyinə dərin təşəkkürünü bildirib.