"Qəbələ"də yeni kapitan müəyyənləşib. Siasport.az saytı xəbər verir ki, Vladimir Levin bundan sonra Yuri Syominin baş məşqçisi olduğu komandada kapitanlıq funksiyasını daşıyacaq. 29 yaşlı milli futbolçu, 2004-cü ildən bəri Azərbaycan futbol çempionatında fasiləsiz şəkildə çıxış edən tək-tük futbolçulardan sayılır.